Скрыть
1:0
Pislərin məsləhəti ilə getməyən,
Günahkarların yolunda dayanmayan,
Rişxəndçilərin arasında oturmayan insan nə bəxtiyardır!
1:2 O ancaq Rəbbin Qanunundan zövq alar,
Gecə-gündüz bu təlimatı dərin düşünər.
1:3 * Axar sular kənarında əkilən ağac kimi
Barını mövsümündə verər,
Yarpağı solmaz,
Etdiyi hər işdə uğur qazanar.
1:4 Pis adamlarsa belə deyil,
Onlar yelin sovurduğu saman çöpünə bənzəyər.
1:5 Buna görə pis adamlar hökm günündə,
Günahkarlar salehlərin məclisində dayana bilməz.
1:6 Çünki Rəbb salehlərin yolunu bilər,
Pislərin yolu isə məhv olar.
Толкования стиха Скопировать ссылку Скопировать текст Добавить в избранное
Библ. энциклопедия Библейский словарь Словарь библ. образов Практическая симфония
Цитата из Библии каждое утро
TG: t.me/azbible
Viber: vb.me/azbible